AZ

Renat Dadaşov Polşanın "Motor Lublin" klubunda debüt edib

Bakı. Trend:

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "MotorLublin" klubunda ilk oyununu keçirib.

Trend xəbər verirki, Polşayüksəl liqasında yeni mövsümün ilk turu çərçivəsindəDadaşovun komandası öz meydanında "Arka" ilə qarşılaşıb və 1:0hesabı ilə qələbə qazanıb.

Oyunda yeganə qolu 60-cı dəqiqədə Jak Ndiaye vurub. Azərbaycanlıfutbolçu oyuna ehtiyat skamyasında başlayıb, lakin ikinci hissədəmeydana daxil olub və sarı vərəqə ilə yadda qalıb.

Qeyd edək ki, Dadaşov ötən mövsümün ikinci yarısında Polşanındigər klubu "Radomyak"da çıxış edib.

phrase_var_article.chosen
55
az.trend.az

1phrase_var_article.sources