Sumqayıtda yaşayış binasında yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayonda mənzildə yanğın olması barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Oxu.az-ın məlumatına görə, Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı vətəndaşlar təxliyə olunurlar.
Hazırda 21 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə gətirilib. Onların arasında böyüklərlə yanaşı, azyaşlılar və hamilə qadın da var.
İlkin ehtimala görə, yanğın zamanı 3 mənzil yanıb.
***
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları tərəfindən söndürülüb.
Report-un məlumatına görə, binadan ümumilikdə 22 nəfər təxliyə olunub.
Həmin görüntüləri təqdim edirik: