"Napoli" müdafiə xəttini gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Neapol təmsilçisi "Bolonya"nın mərkəz müdafiəçisi Sem Bökemanı transfer edib.Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Niderlandlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Müqavilənin maliyyə detalları açıqlanmasa da, İtaliya mətbuatı transferin əsas məbləğinin 30 milyon avro olduğunu, müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə isə bu rəqəmin 33 milyon avroya qədər yüksələ biləcəyini yazıb.
25 yaşlı futbolçu ötən mövsüm bütün turnirlər daxilində 47 oyunda meydana çıxıb, 4 sarı vərəqə alıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.