AZ

QORXULU ANLAR yaşandı! – Sərnişin təyyarəsi havada alovlandı və… – VİDEO

ABŞ-də uçuş zamanı sərnişin təyyarəsinin mühərriklərindən birində yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Məlumata görə, “Delta Airlines” aviaşirkətinə məxsus “Boeing 767-400” tipli təyyarənin Los-Ancels Beynəlxalq Aeroportundan havaya qalxdığı vaxt baş verib.

Atlantaya uçmalı olan təyyarənin mühərriklərindən birində alovlanma qeydə alınıb.

Pilotlar dərhal qərar verərək təyyarəni Los-Ancels aeroportuna geri qaytarıblar. Ehtiyat tədbiri olaraq həyata keçirilən eniş uğurla başa çatıb və sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.



Seçilən
132
4
bizimshow.az

9Mənbələr