AZ

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

phrase_var_article.chosen
48
3
report.az

6phrase_var_article.sources