Məlum olduğu kimi, “Barsleona”nın 18 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal yeni mövsümdə “10” nömrə altında çxış edəcək.
Arena.az COPE dərgisinə istinadən məlumat verir ki, Kataloniya klubu 24 saat ərzində Yamalın adı yazılmış “10” nömrəli köynəklərdən 70 min ədədini sata bilib ki, bu da klubun rekordudur.
Vuğrulanır ki, “Barselona” klub tarixində gün ərzində futbol köynəklərinin ən çox satışına nail olub. Bu, Kataloniya təmsilçisinin keçmiş ulduzları – argentinalı hücumçu Lionel Messi və braziliyalı hücumçu Neymarın köynəklərinin satışından daha artıqdır. Klub satışdan 10 milyon avro məbləğində gəlir götürüb.
Yamalın köynəkləri dünyanın 170-dən artıq ölkəsindən olan azarkeşlər tərəfindən alınıb.