AZ

Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı, bəs müavini Arifə Məmmədova?

Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.

XALQ  xəbər verir ki, məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.

Bildirik ki, məktəbin direktoru Esmira Məmmədovaya və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən nəqliyyat vasitələri – müvafiq olaraq 77 PV 515 və 77 YG 944 dövlət qeydiyyat nişanlı maşınlar – məktəb ərazisində qeyri-qanuni şəkildə saxlanılır və məktəbin xadimələri tərəfindən yuyulur.

//Xalq Online

media-87

Bəs direktor müavini Arifə Məmmədova  haqqında niyə tədbir görülmədi?

media-aynn

media-44 media-46media-47media-48

 

Seçilən
25
3
editor.az

10Mənbələr