Futbol üzrə Polşa çempionatında 2025/2026 mövsümü start götürüb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşov yeni klubu "Motor"un heyətində debüt edib.
O, "Arka"ya qarşı forma geyinib.
Matça ehtiyat oyunçular skamyasında başlayan həmvətənimiz fasilədən dərhal sonra mübarizəyə qoşulub.
Onun meydançaya girməsindən cəmi 5 dəqiqə sonra "Motor" hesabı açıb: 1:0.
Xatırladaq ki, 26 yaşlı hücumçu ötən mövsüm Polşanın digər klubu "Radomyak"ın şərəfini qoruyub.
Polşa Ekstraklasası, I tur
19:30. "Motor" - "Arka" 1:0
Maye Ndiaye, 50