Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib.
90deqiqe.Az-ın məlumatına görə, İspaniyanın paytaxtı Madriddə keçirilən tədbir iyulun 23-də start götürəcək U-15 və yeniyetmələrin Avropa birinciliyi ərəfəsində təşkil olunub.
Xüsusi Konqresdə gündəlikdə yer alan məsələlər müzakirə edilib.