Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın ali dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricanini qəbul edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, İran nümayəndəsi öz rəhbərliyinin göstərişi ilə Yaxın Şərqdə və nüvə proqramı ətrafında gərginləşən vəziyyətlə bağlı öz qiymətləndirmələrini təqdim edib.