“Komo” “Mançester Siti”dən icarəyə götürdüyü Maksimo Perronenin transfer hüquqlarını alıb.
İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, “Komo” Perrone üçün MS-yə 15 milyon avro təzminat ödəyəcək. 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, “Komo” Maksimonu ötən ilin yayında icarəyə götürmüşdü. Argentina millisinin üzvü bu komandada keçirdiyi 26 rəsmi matçda 3 qol ötürməsi edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta