AZ

“Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi”

Novxanıda 2 yeniyetmənin batmasının təfərrüatı məlum olub.

KONKRET.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Valideynlərdən biri deyib ki, onlar gecə saat 4 radələrində dənizə gediblər:

“Yeyib-içdikdən sonra çimməyə yollanıb, elə bu zaman da batıblar. Dostları onları çıxarmağa çalışıb, amma mümkün olmayıb”.

Yeniyetmələrdən birinin anası isə göz yaşları içində fəryad edib: “Bircə balamı istəyirəm, ona kömək edin. Dostu əsgər gedirdi, ona görə yola salmağa gəlmişdi”.

Baha ətraflı Baku TV-nin videomaterialında:

Seçilən
46
5
konkret.az

6Mənbələr