AZ

Honkonqda “Vifa” qasırğasına görə ən yüksək qasırğa xəbərdarlığı elan edildi

BAKI, 20 iyul. TELEQRAF

Honkonqda “Vifa” qasırğasına görə ən yüksək qasırğa xəbərdarlığı elan edilib.

Teleqraf xəbər verir ki, qasırğada küləyin sürətinin saatda 167 kilometri ötəcəyi proqnozlaşdırılır.

Ümumilikdə, qasırğa ilə əlaqədar 500-ə yaxın uçuş ləğv edilib.

Şəhərin hava rəsədxanası 10 ballıq həyəcan səviyyəsi elan edib.

Xəbərdarlığa görə, qasırğa rəsədxanadan təxminən 50 kilometr cənubda olacaq.

phrase_var_article.chosen
47
2
teleqraf.com

10phrase_var_article.sources