İranın şimalında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
“Zəlzələ UTC vaxtı ilə 21:37-də (bazar günü Bakı vaxtı ilə 01:37) İranın 244 min nəfərdən çox əhalisi olan Qorqan şəhərindən 46 kilometr aralıda baş verib”, - məlumatda deyilir.
Mərkəz qeyd edib ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.