AZ

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında yaranmış mübahisə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
13
Ajans.az

8Mənbələr