AZ

Hansı bankda nə qədər depozit yerləşdirilib? – Tam siyahı


Bu ilin ilk yarısının yekununa olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən yüksək depozit portfeli “Kapital Bank” ASC-yə məxsus olub.
Yeniavaz.com
 xəbər verir ki, ötən ilin yekununda “Kapital Bank”a yerləşdirilən depozitlərin həcmi 9 milyard 477,4 milyon manat olub.
Qeyd edək ki, son 3 ayda “Kapital Bank” depozitlərin həcmi 5% və ya 473,5 milyon manat artıb.
Bu ilin ilk rübündə ən böyük depozit portfelinə sahib olan Azərbaycan Beynəlxalq Bankdakı depozitlər son 3 ayda 10% və ya 1 milyard 60,2 milyon manat azalaraq 9 milyard 68,2 milyon manata düşüb.
Aşağıdakı cədvəldə bankların son 2 rübdəki depozit portfeli əks olunub:
  Banklar 1-ci rüb 2025
(mln. manat)
2-ci rüb 2025
(mln. manat)
1 Kapital Bank 9003.9 9477.4
2 ABB 10128.4 9068.2
3 PAŞA Bank 6320.8 6707.9
4 Xalq Bank 1818.8 1835.4
5 Bank Respublika 1212.2 1429.7
6 Unibank KB 1205.3 1245.2
7 Azər Türk Bank 1382.2 1144.7
8 AccessBank 1060.2 1066.9
9 Yelo Bank 913.5 948.4
10 Bank of Baku 618.5 886.6
11 Rabitəbank 690.1 689.7
12 Ziraat Bank Azərbaycan 472.2 566.7
13 Azərbaycan Sənaye Bankı 483.3 490.7
14 TuranBank 437.8 466.9
15 Yapı Kredi Bank Azərbaycan 387.1 393.0
16 Premium Bank 401.3 368.2
17 Expressbank 259.0 277.8
18 AFB Bank 130.8 236.4
19 Bank BTB 146.9 144.6
20 Bank VTB (Azərbaycan) 128.4 140.4
21 Bank Avrasiya 57.4 53.4
22 Bank Melli İran Bakı filialı 35.3 36.2

Elnur Əli
Seçilən
18
42
yeniavaz.com

10Mənbələr