"Turan Tovuz" 2025-26 mövsümünə hazırlıqlarını Türkiyədə davam etdirir.
Offsideplus.az xəbər verir ki, Kurban Berdiyevin komandası təlim-məşq toplanışı çərçivəsində "Çorum" ilə yoxlama matçı keçirib. Türkiyə 1-ci Liqa təmsilçisi ilə qarşılaşma Bolunun Gerede bölgəsindəki "The Sign" hotelinin meydançasında baş tutub.
Bu görüşdə Tovuz komandası 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, "Turan Tovuz" daha 3 yoxlama matçı keçirəcək, bunlardan biri son İran çempionu "Traktor"a qarşı olacaq.