AZ

Bakının daha bir ərazisində evlər söküləcək, sakinlərə kompensasiya veriləcəkVİDEO

Bakıda daha bir ərazidə söküntü işlərinə başlanılacaq.

Xezerxeber.az-ın məlumatına görə, Binəqədi rayonunda köhnə və sıx tikililərdən ibarət olan "Xutor" adlanan yaşayış massivində söküntü işlərinə start veriləcək.

Ərazidəki evlərin plana düşdüyü bildirilir. Rəsmi qurumların nümayəndələri bugünlərdə qəsəbə ərazisinə baxış keçirməyə başlayıb. Ərazidə yaşayan sakinlər bildirdilər ki, artıq Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb.

Sakinlər ödəniləcək kompensasiyanın məbləğinin bazar qiymətlərinə uyğun olmasını istəyirlər. 

Sakinlərin bəziləri isə pul yox,  eyni ərazidə yeni mənzillə təmin olunmaq istəyirlər.

Qeyd edək ki, "Xutor" qəsəbəsinin sökülməsi məsələsi uzun illərdir müzakirə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
59
3
xezerxeber.az

4Mənbələr