Azərbaycanın ABŞ-la yenidən dost münasibətlərinin olacağına ümid edirik.
Referans xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.
“Bizim nümayəndələr əlaqə saxlayır. Hesab edirəm ki, düzgün istiqamətdəyik”, - Prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, ABŞ-nin əvvəlki administrasiyası əlaqələri uçuruma aparıb:
“Ukrayna məsələsində ərazi bütövlüyünə dəstək verirdilər, amma bizə belə münasibət yox idi. Bayden dövründə dost hesab edilməyən addımlar atılırdı”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta