"Təyyarə qəzası ilə bağlı təəssüf ki, Rusiya rəsmilərindən heç bir cavab ala bilməmişik. Hadisənin üzərindən 7 ay keçib. Bizim üçün hər şey aydındır. Nə baş verdiyini bilirik. Rusiya rəsmiləri də bilirlər. Təyyarə qəzası ilə bağlı bizim tələblərimiz var".
Publika.az Teleqraf-a nistinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib ki, ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir: "Təyyarəni vuranlar cəzalandırılmalı, qurbanların ailələrinə təzminat ödənilməlidir. AZAL-ın özünə də təzminat ödənilməlidir. Daha çox təfərrüat eşitmək istəyirsinizmi? Danışa bilərəm. Bizim pilotlat cəsarət və peşəkarlıq göstərdilər. Təyyarəni qəza enişi etdi. Pilotların sayəsində sağ qalanlar oldu. Təyyarə kənardan vurulmuşdu. Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu, uşaq bağçası səviyyəsində olan nağıldır. İki dəfə təyyarəyə hücum edilmişdi. Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanmamışdı. Hava məkanı təyyarə vurulandan sonra bağlanmışdı.