
Bu ilin ilk yarısında Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 370,8 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların faiz gəlirləri 414,8 milyon manat və ya 21,2% artıb.
Azərbaycanda ən çox faiz gəliri əldə edən bank “Kapital Bank” olub.
“Kapital Bank”ın 6 aydakı faiz gəliri 561,6 milyon manat olub.
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin ilk yarısında faiz gəlirləri aşağıdakı kimi olub:
BANKLAR | Faiz gəlirləri (mln. manat) |
Kapital Bank | 561.6 |
ABB | 531.7 |
PAŞA Bank | 257.6 |
Bank Respublika | 138.8 |
AccessBank | 121.3 |
Unibank KB | 119.3 |
Xalq Bank | 101.6 |
Yelo Bank | 83.9 |
Bank of Baku | 83.6 |
Azər Türk Bank | 66.2 |
Rabitəbank | 64.2 |
TuranBank | 48.6 |
Expressbank | 39.6 |
Ziraat Bank Azərbaycan | 34.1 |
Yapı Kredi Bank Azərbaycan | 23.1 |
Bank VTB (Azərbaycan) | 21.0 |
Azərbaycan Sənaye Bankı | 18.6 |
Premium Bank | 18.1 |
Bank BTB | 16.0 |
AFB Bank | 10.9 |
Bank Avrasiya | 8.0 |
Bank Melli İran Bakı filialı | 2.8 |
Elnur Əli