Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir.
Sfera.az xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti 1974- cü ildə Kipr adasının türk və rum kəsimləri arasında əldə olunmuş razılamaya əsasən münaqişəyə son qoyulmasının 51-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Bu münasibətilə təşkil olunmuş “Mutlu Barış ve Özgürlük bayramı” na dəvət olunmuş nümayəndə heyətində Azərbaycan -Şimali Kipr Parlamentlər arası İşçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev, qrupun üzvləri millət vəkili Azər Allahverənov və millət vəkili Anar Məmmədov təmsil olunur. Bayram tədbirləri 2 gün ərzində davam edəcək və tədbirlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayib Ərdoğanın iştirakı gözlənilir.