AZ

39 il həbsdə qaldıqdan sonra günahsız olduğu sübut edildi

Yaponiya məktəbli qızın qətlinə görə 39 il həbs cəzası çəkən məhbus Şoji Maekavaya bəraət verib.

Publika.az xəbər verir ki, bu barədə “NHK” məlumat yayıb.

Bildirilib ki, müstəntiqlər cinayət ilə bağlı bəzi əsas sübutları yenidən araşdırıblar. Xüsusilə, cinayət gecəsi Maekavanı qanlı paltarda gördüklərini iddia edən şəxslərin ifadəsi şübhələri artırıb. Məlum olub ki, o zaman müstəntiqlər ifadə və sübutlardakı uyğunsuzluqlara məhəl qoymayıblar.

Qeyd olunur ki, hakim bəraət hökmü çıxararkən 39 illik əziyyətə görə Maekavadan üzr istəyib.

Seçilən
88
publika.az

1Mənbələr