"Atam Fatmayı ərazisini çox sevirdi. Torpaq sahəsi almışdı ki, bura köçsün, yaşasın. Qismət olmadı. Tikdiyi ev yarımçıq qaldı. Biz evi tamamladıq. Bura bizə atamın xatirəsi kimi əzizdir. Atamın məzarı da buradadır".
Yenisabah.az axşmam.az-a istinadla xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov "Xəzər axşamı" verilişində deyib.
O, atasından qalan evi, əşyaları nümayiş etdirib: "Suviner yığmağı sevirdi. Qədimi və maraqlı əşyalar yığırdı. Müxtəlif növ ov bıçaqları yığırdı. Hansısa ölkəyə gedirdisə, ordan bıçaq gətirirdi. Bir də fanar xoşlayırdı". pizza hut
Xatırladaq ki, T.Adıgözəlov 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib.
Telegram kanalımız