AZ

Avstraliyada təhsildə süni intellektə nəzarət gücləndirilir

Avstraliya hökuməti məktəblərdə süni intellekt (SI) alətlərinin istifadəsinə nəzarəti artırır. Rəsmilər bildirirlər ki, xüsusilə ChatGPT kimi alətlərlə ev tapşırıqlarının yazılması halları artdığından bu istiqamətdə yeni qaydalar hazırlanır. Təhsil naziri Ceyson Klairin sözlərinə görə, SI-nin təhsildə faydaları danılmaz olsa da, onun sui-istifadəsinə yol verilməməlidir.

AzEdu.az-ın xarici mənbələrdən aldığı məlumata görə yeni strategiyaya əsasən, müəllimlərə SI alətlərinin tanınması ilə bağlı təlimlər keçiriləcək, şagirdlər üçün isə etik istifadə qaydaları tədris olunacaq. Avstraliya Təhsil İdarəsi məktəblərə tövsiyə edib ki, yazı işləri və qiymətləndirmələrdə yalnız insan əməyi ilə hazırlanmış materiallar qəbul edilsin.

Qanunvericilər bu qərarın həm akademik dürüstlüyü qoruyacağını, həm də şagirdlərin yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirəcəyini düşünürlər.

 

Seçilən
50
azedu.az

1Mənbələr