AZ

Yeni Zelandiyada universitet idarəçiliyi yenidən qurula bilər

Yeni Zelandiyada ali təhsil sahəsində böyük dəyişikliklər gözlənilir. Ölkənin təhsil naziri Erika Stanford-un açıqlamasına görə, universitetlərin idarəetməsində daha çox müstəqilliyə və elastikliyə imkan verən yeni model üzərində iş aparılır.

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, yeni sistemə əsasən, universitetlər hökumətin birbaşa müdaxiləsindən qismən azad olunaraq daha çevik fəaliyyət göstərə biləcəklər. Nazir bildirib ki, bu dəyişikliklər universitetlərin maliyyə dayanıqlığını artırmaq və akademik azadlığı gücləndirmək məqsədi daşıyır.

Hazırda Yeni Zelandiyada universitetlər dövlət nəzarətində fəaliyyət göstərir və bir çox strateji qərarlar hökumətlə razılaşdırılır. Yeni model qəbul olunarsa, universitetlərə öz daxili siyasətlərini müəyyən etmək və təhsil proqramlarını daha çevik şəkildə formalaşdırmaq imkanı veriləcək.

Yeni sistemlə bağlı ictimai müzakirələr və ekspert rəyləri yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Seçilən
37
azedu.az

1Mənbələr