AZ

Maqnezium – sakit sinirlər, balanslı hormonlar və gecə yeməklərinə son

Maqnezium

Maqnezium orqanizm üçün olduqca vacib mikroelementdir. O, sinir sistemini tənzimləyir, əzələlərin işləməsində, qlükozanın mənimsənilməsində, hormonal tarazlıqda və hətta iştahda mühüm rol oynayır. Bu maddənin çatışmazlığı isə çoxsaylı problemlərlə nəticələnə bilər – əzələ qıcolmalarından və narahatlıq hissindən tutmuş, gecələr həddindən artıq yeməyə qədər.Amma apteklərdə və onlayn platformalarda təklif olunan müxtəlif maqnezium formaları içərisindən doğru olanı seçmək, heç də asan deyil. Bəziləri zəif mənimsənilir, bəziləri isə çox dar təsir sahəsinə malikdir. Nüfuzlu qidalanma mütəxəssisi Elina Korolyova izah edir ki, necə çaşmadan düzgün seçim edək və bu mikroelementdən maksimum fayda əldə edək.Xanımlar, diqqət! Maqnezium çatışmazlığı sizi şirniyyatlara meyilli edə bilərXüsusilə qadınlar üçün bir vacib məqam var: maqnezium çatışmazlığı axşamlar şirniyyata qarşı nəzarətsiz istək və artıq yeməklə nəticələnə bilər. Bu mikroelement insulin səviyyəsini tənzimləyir, həmçinin toxluq hormonu olan leptinə təsir göstərir. Aybaşı öncəsi sindrom (PMS) zamanı maqnezium əsəbilik, şişkinlik və baş ağrılarını azalda bilər. Yəni axşam beş dənə pirojni yemək istəyi və əsəbi əhvalın sabitləşməsi — maqneziumun bonus təsirlərindəndir 😊Əvvəl boşqabına bax: maqnezium qidada da varHər şey həblərlə başlamır. Bəzən buna ehtiyac belə olmur, çünki maqnezium qida vasitəsilə də alına bilər. “Əgər sizin gündəlik menyunuza balqabaq və günəbaxan tumları, qoz-fındıq (xüsusilə badam, keşyu və Braziliya qozu), qarabaşaq, yulaf, vəhşi düyü, ispanaq, manqold, brokkoli, kakao, tünd şokolad (ən azı 70% kakao tərkibli), avokado, lobya və noxud daxil olsa – demək, siz maqnezium mənbəyi ilə təmin olunmusunuz”, – deyə mütəxəssis bildirir.Amma qidaların da həddi var. Əgər orqanizmdə ciddi çatışmazlıq, davamlı stres və ya yüksək fiziki yüklənmə varsa, təkcə qida ilə maqnezium ehtiyacını qarşılamaq çətin olacaq – bu zaman əlavələr vacib olur.Maqnezium formaları – hansını nə vaxt içmək olar?Bazarda maqneziumun bir neçə fərqli forması var. Amma onların hamısı eyni dərəcədə təsirli deyil. Budur ən faydalı və tədqiqatlarla sübut olunmuş formalar:Maqnezium qlisinat – narahatlığı azaldır, yuxuya kömək edir, həzm sisteminə zərif təsir göstərir. Stres və yuxusuzluq hallarında idealdır.Maqnezium sitrat – yaxşı mənimsənilir, qəbizlik və spazmlara qarşı təsirlidir. Yüngül işlədici təsiri ola bilər, buna görə də səhərlər içilməsi tövsiyə olunur.Maqnezium taurat – narahatlıq, aritmiya və hormonal pozuntular zamanı effektivdir. Ürək və beyin fəaliyyətini gücləndirir.Maqnezium malat – enerji verir, əzələləri dəstəkləyir və maddələr mübadiləsini sürətləndirir. Yorğunluq və xroniki halsızlıq zamanı uyğundur.Maqnezium oksid – adətən ən ucuzudur, amma mənimsənilməsi zəifdir. Ona görə faydası azdır.Səhər, axşam, yeməkdən əvvəl ya sonra? – Necə qəbul etməli?Bütün bu faydalardan sonra sual yaranır: yəni biz bir neçə formanı eyni anda içməliyik? Əlbəttə ki, yox. Əsas olan – ehtiyacınıza uyğun olan formanı seçməkdir.“Əgər sizi narahat edən əsas məsələ yuxusuzluq və əsəbilikdirsə – qlisinat və ya taurat axşam, yatmazdan təxminən 1 saat əvvəl qəbul olunmalıdır. Əgər problem əzələ ağrıları, yorğunluq və zəif metabolizmdirsə – sitrat və ya malat səhərlər idealdır. Hər bir halda, maqnezium təmiz su ilə içilməlidir. Kalsiumla eyni vaxtda qəbul etməyin – bir-birinin mənimsənilməsinə mane olurlar. Həmçinin çay və kofe ilə birgə qəbul etmək olmaz – taninlər maqneziumun sorulmasını azaldır”, – deyə Elina qeyd edir.Hər şey yaxşı olanda da ölçünü aşmaq olmazMaqnezium nə qədər faydalı olsa da, onun da həddini aşmaq olmaz. Əgər doza çox olarsa, ishal, halsızlıq və təzyiqin enməsi kimi əlamətlər yarana bilər. Optimal gündəlik doza – 300-500 mq arasında dəyişir. Bu, insanın çəkisi və həyat tərzindən asılıdır.Əgər çox aktivsinizsə, çox tərləyirsiniz, kofe içirsiniz və tez-tez gec yatır, zəif qidalanırsınızsa – böyük ehtimalla maqnezium çatışmazlığı riski altındasınız. Belə hallarda simptomları görməzlikdən gəlmək olmaz – həkim və ya qidalanma üzrə mütəxəssislə məsləhətləşib düzgün dozanı seçmək daha faydalı olar.Ulusum.az

Diqqət Çəkənlər

Lauren Bezosun 250 min dollarlıq qızıl saplı Hermès çantası ilə ilk görüntüsü - FOTO

Trampın ayaqları niyə şişib? – Ağ Evdən açıqlama gəldi

Dəniz faciəsi: Pirşağıda bir nəfər batdı

Seçilən
40
49
ulusum.az

10Mənbələr