AZ

Çimərlik voleybolu üzrə ölkə çempionatının püşkatma mərasimi keçirilib

Bakı. Trend:

21–25 iyul tarixlərində keçiriləcək çimərlik voleybolu üzrəqadınlar və kişilər arasında ölkə çempionatının püşkatma mərasimibaş tutub.

Azərbaycan Voleybol Federasiyasından Trend-ə verilən məlumatagörə, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə AzərbaycanVoleybol Federasiyasının icraçı direktoru Vüqar Hüseynzadə,çimərlik voleybolu üzrə milli komandaların meneceri OrxanHüseynzadə və klubların nümayəndələri iştirak ediblər.

Vüqar Hüseynzadə ölkə çempionatında iştirak edən komandalarauğurlar arzulayıb.

Daha sonra Orxan Hüseynzadə yarışın qaydaları barədə ətraflıməlumat verib. O qeyd edib ki, çempionat Avropa VoleybolKonfederasiyası (CEV) tərəfindən keçirilən klublararası Avropaçempionatının qaydalarına uyğun təşkil olunacaq. Yarışın qalibiolan komanda klublararası Avropa çempionatında iştirak hüququqazanacaq. O, həmçinin xatırladıb ki, ötən mövsüm klublararasıAvropa çempionatında ölkəmizi təmsil edən “Azərreyl”in qadın vəkişi komandaları çempion olub.

Ölkə birinciliyində 12 qadın və 11 kişi klubu iştirak edəcək.Reqlamentə əsasən, hər klub yarışa iki komanda ilə və 18 yaşdanyuxarı idmançılarla qatıla bilər.

Azərbaycan çempionatında iştirak edəcək komandalar:

Qadınlar: “Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “XarıBülbül-1”, “Xarı Bülbül-2”, “Gəncə-1”, “Gəncə-2”, “Milli AviasiyaAkademiyası-1”, “Milli Aviasiya Akademiyası-2”, “Milli-1”,“Milli-2”, “Milli-3”

Kişilər: “Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Murov AzTerminal-1”, “Murov Az Terminal-2”, “Murov Az Terminal-3”, “MurovAz Terminal-4”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Xilasedici-1”,“Xilasedici-2”.

Çimərlik voleybolu üzrə Azərbaycançempionatı

Oyun proqramı

21 iyul

Qadınlar

9:00. “Milli Aviasiya Akademiyası-2” - “Gəncə-2” (1-cimeydança)

10:00. “Milli-3” - “Milli-2” (1-ci meydança)

12:00. “Milli Aviasiya Akademiyası-1” - “Xarı Bülbül-1” (1-cimeydança)

15:30. “Xarı Bülbül-2” - “Azərreyl-3” (1-ci meydança)

Kişilər

9:00. “Murov Az Terminal-4” - “Xilasedici-1” (2-ci meydança)

10:00. “Xarı Bülbül-2” - “Azərreyl-2” (2-ci meydança)

11:00. “Azərreyl-3” - “Murov Az Terminal-3” (2-ci meydança)

Qeyd edək ki, oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.

phrase_var_article.chosen
70
7
az.trend.az

7phrase_var_article.sources