Olaylar.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 90 radikal hərbi obyektə hücum edib.
Məlumatda hücuma məruz qalan hədəflər arasında "hərbi strukturlar", "terrorçuların istifadə etdiyi binalar" və "yeraltı obyektlər"in olduğu qeyd olunub.
"İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında terror təşkilatlarına qarşı əməliyyatını davam etdirir", - deyə məlumatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31