AZ

Keçid hökuməti Suriyada atışkəs elan etdi

Suriya administrasiyası Şənbə günü Suriyada dərhal qüvvəyə minəcək ümumi atəşkəs elan edib.

Yenisabah.az Roya TV-yə istinadla xəbər verir ki, keçid hökuməti istisnasız olaraq bütün tərəfləri bu qərarı tam şəkildə yerinə yetirməyə, hər yerdə hərbi əməliyyatları dərhal dayandırmağa, mülki şəxslərin müdafiəsinə zəmanət verməyə və humanitar yardıma sərbəst çıxışı təmin etməyə çağırıb.

Atəşkəs pozulduğu halda hakimiyyət “konstitusiyanın müddəalarına və hüquq normalarına uyğun olaraq hüquqi tədbirlərə əl atacaq”. pizza hut

Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tom Barak deyib ki, Suriya və İsrail hakimiyyəti atəşkəs bağlamaq barədə razılığa gəliblər. Barak qeyd edib ki, razılaşma xüsusilə Türkiyə və İordaniya tərəfindən dəstəklənib.

Əs-Suveydada baş verən qarşıdurmalarda 320-dən çox adam həlak olub, 430-dan çox insan yaralanıb. Digər mənbələrə görə, əyalətdə 700-dən çox adam ölüb.


Telegram kanalımız
Seçilən
85
19
yenisabah.az

10Mənbələr