Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət edib.
Müraciətdə qeyd edilib ki, əhaliyə su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırış olunur.
Nazirlik bildirib ki, aşağıdakılar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- çimərlikdə balıq tutmaq;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
10Mənbələr
-
yenicag.azPediatr uşaqları çimərlikdə yandıran valideynlərə səsləndi ( 19519286)
-
gundem.azNazirlikdən çimərliklərlə bağlı əhaliyə - Müraciət ( 19457726)
-
azadmedia.azNazirlikdən çimərliklərlə bağlı əhaliyə - Müraciət » AzadMedia.az ( 19422557)
-
olaylar.azFHN-dən çimərliklərlə bağlı xəbərdarlıq ( 19421729)
-
Reportyor.tvNazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ ( 19421255)
-
news24.azNazirlik əhaliyə müraciət etdi ( 19416821)
-
demokrat.azNazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ ( 19420433)
-
7news.azNazirlikdən çimərliklərlə bağlı əhaliyə - MÜRACİƏT ( 19419752)
-
axar.azNazirlikdən əhaliyə yenidən müraciət - Video ( 19419134)
-
milli.azFHN-dən çimərliklərlə bağlı xəbərdarlıq ( 19418771)