AZ

Nazir Fərid Əhmədov Qubada vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 18 iyul tarixində Quba şəhərində vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Aznews.az-a verilən xəbərə görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Seçilən
14
12
aznews.az

9Mənbələr