AZ

Trampdan mediaya 10 milyard dollarlıq cavab - Epşteyn iddiası

BAKI, TurkicWorld

Donald Tramp "Wall Street Journal" qəzetinə qarşı 10 milyard dollarlıq iddia qaldırıb.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp media maqnatı Rupert Merdoka məxsus "Wall Street Journal" qəzetini milyarder və məhkum edilmiş cinsi istismarçı Ceffri Epşteynlə əlaqəli yalan məlumat yaymaqda ittiham edərək məhkəməyə verib.

O, qəzetin Epşteynə 2003-cü ildə guya onun tərəfindən yazılmış məktub barədə məlumatını "böhtan və saxtakarlıq" adlandırıb. Tramp bu xəbərin yayılmasının ertəsi günü qəzetə qarşı 10 milyard dollarlıq iddia irəli sürüb.

Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl Epşteyn işi ilə bağlı sənədlərin açıqlanacağını vəd etsə də, Ədliyyə Departamenti sonradan federal məhkəmədən stenoqramların açıqlanmasını tələb etməkdən imtina edib. Bu məsələ Tramp və onun tərəfdarları arasında ciddi fikir ayrılığı yaradıb.

Seçilən
67
turkic.world

1Mənbələr