AZ

BMT Rusiyanın təşəbbüsünə yaşıl işıq yandırdı

BAKI, 19 iyul. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə təqdim olunmuş və təşkilatın modernləşdirilməsini nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Teleqraf xəbər verir ki, qətnamədə artan qlobal çağırışlar və mürəkkəbləşən maliyyə vəziyyəti fonunda BMT-nin təsir gücünün və effektivliyinin artırılması ilə bağlı planlar əks olunub.

Sənəd BMT-nin beynəlxalq əməkdaşlığın təşviqindəki unikal rolunu vurğulamaqla yanaşı, təşkilatın islahatlara ehtiyacı olduğunu da göstərir. Rusiya bu təşəbbüsü təşkilat daxilində şəffaflıq və açıq dialoqun təmin olunması məqsədilə irəli sürüb.

Qətnamə sənədi üzv dövlətlərin islahat prosesi zamanı qərarların qəbulunda mərkəzi rolunu təsbit edir. Moskva bəyan edib ki, islahatlar kuluar danışıqlarla deyil, hökumətlərarası strukturlar arasında aparılmalıdır.

Rusiya sənədin qəbulundan əvvəl bütün ölkələrin təkliflərini nəzərə almaqla açıq müzakirələr təşkil edib və təşəbbüsün əsas məqsədlərindən geri çəkilmədən kompromis axtarışına çalışıb.

Seçilən
118
teleqraf.com

1Mənbələr