AZ

Dövlət İmtahan Mərkəzinin “qapalı zona”sı: Görün imtahandan sonra orada nələr edirlər

Media işçilərinin ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzində (DİM) abituriyentlərin qəbul imtahanlarının cavablarının emal olunduğu “qapalı zonaya” dəvəti sözün həqiqi mənasında sürpriz oldu. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin təşəbbüsü milyonlarla gəncin taleyinin asılı olduğu otaqlardakı iş prosesi ilə tanışlığa imkan yaratdı.

“Nə yazıblarsa odur...”

“Görən nə vaxt açıqlanacaq?”, “Ballar aşağı düşəcəkmi?”, “Topladığımız bal seçmək istədiyimiz ixtisasa uyğun gələcəkmi?” və s. suallar məngənəsində sıxılan abituriyentlərin gələcək taleləri məhz bu zonada həll olunur. Bu otaqlarda qəbul imtahanlarının cavablarının emalının ilkin mərhələsi həyata keçirilir. “Demək, gənclərin həyatında məhz bu otaqların rolu var...”, - fikirlərimə DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə “nə yazıblarsa odur...”, - deyə cavab verdi: “Məqsəd nədir? Şəffaf, sürətli yoxlama prosesi həyata keçirilsin. İnsan amili qarışmasın. Qapalı tipli tapşırıqları biz 2-3 günə yoxlayıb qurtarırıq. Yazılı cavab tələb edən tapşırıqlar artıq marker-müəllimlər tərəfindən yoxlanıldığı üçün iki həftə vaxtımızı alır. Təsəvvür edin, marker-müəllimlər on min və ya yüz minlərlə tapşırığı yoxlayırlar. Ona görə bu proses vaxt aparır”.

Emal otağında

DİM əməkdaşlarının çalışdığı iki otağın birində cavab vərəqlərinin və kartlarının çeşidlənməsi, sayılması, digər otaqda elektron üzünün köçürülməsi, qrafik təsvirlərinin alınması həyata keçirilir.

Hazırda otaqlarda 13 iyulda keçirilən I-IV qrup imtahanlarının cavabları çeşidlənir. İmtahanda 34 mindən çox məzun iştirak edib. “Burada imtahana aid faylların yaradılması, oxuma prosesi həyata keçirilir. Hazırda 34 min material açılıb. Bu proses bitəndən sonra kağızlar arxiv otağına yığılır. Bu fayllar heç kimə verilmir”, - deyə DİM sədri Məleykə Abbaszadə proses haqda məlumat verdi: “Fayllar çeşidlənəndən sonra yoxlama zamanı artıq insan iştirak etmir. Elektron fayllar yaradılır və faktiki olaraq müvafiq skanerlə yazısı olan hər bir cavab kartının şəkli çəkilir. Hər bir abituriyentin nəticəsi elan olunanda bu qrafik təsvir də ona təqdim olunacaq. Skanerlər qapalı tipli tapşırıqları avtomatik yoxlayır. Marker-müəllim yoxlama prosesini aparanda şəxsin kimliyini bilməmək üçün kompüterin qabağında ad-soyadı kəsilmiş formada görür və avtomatik onu qiymətləndirir”.

Abituriyentin bir sualını ən azı iki marker-müəllim yoxlayır

M.Abbaszadə qeyd etdi ki, bir abituriyentin bir sualını ən azı iki marker-müəllim yoxlayır, uyğun gəlməyəndə 3-cü markerə göndərilir: “Bu proses tam avtomatlaşdırılıb. Markerlər həmin nəticələri sistemdə yoxlayırlar. Onlar bu prosesə öz kompüterləri ilə evlərindən qoşulurlar. Hər bir fənn üzrə kifayət qədər iş var. Təxminən iki həftə ərzində iş bitəcək. Bizim yoxlama prosesimiz tam alqoritm əsasında baş verir. İnsanın bu prosesə təsiri yalnız həmin qaydalara riayət edib meyarlara uyğun qiymətləndirməni aparmasıdır. Bu, bizim xüsusi platformamızdır və kütləvi olaraq istifadə olunur. Belə bir sistemin olması bizim mütəxəssislərimizin əməyinin nəticəsidir”.

Marker-müəllim çatışmazlığı

Seçilən
45
49
publika.az

10Mənbələr