AZ

Odessaya hava hücumu olub, ölən və xəsarət alanlar var

İyulun 19-na keçən gecə Ukraynanın Odessa şəhərinə kütləvi hava hücumu edilib. Hava hücumu zamanı kamikadze dronunun çoxmərtəbəli binaya endirilməsi nəticəsində bir neçə mərtəbə yanıb, bir qadın ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir.

Bildirilib ki, xilasedicilər könüllülərlə birlikdə yanğını söndürüblər. Yanan mənzillərdən 5 nəfər xilas edilib. 10-a yaxın mülki şəxs xəsarət alıb.

Dağıntılar təmizləndiyindən ölən və xəsarət alanlar haqqında məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, iyulun 18-də axşam saatlarından başlayaraq ruslar Ukraynaya doğru ballistik raketlər və pilotsuz təyyarələr atıblar. Gecə vaxtı Kiyevdə pilotsuz təyyarənin hücumu nəticəsində ilk nəticələr qeydə alınıb - dron parçası Darnitski rayonunda yaşayış binasının üzərinə düşüb.

Seçilən
55
48
operativmm.az

10Mənbələr