“Mossad” rəhbəri David Barnea bu həftə Qəzza zolağından fələstinlilərin köçürülməsi ideyasını Vaşinqtonda müzakirə edib.
Yenisabah.az axios-a istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.
Barnea ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffla görüşüb. “Mossad” rəhbəri deyib ki, İsrail köç məsələsini Efiopiya, İndoneziya və Liviya ilə müzakirə edir. Dominos pizza
O təklif edib ki, Birləşmiş Ştatlar bu ölkələri Fələstin anklavının sakinlərini qəbul etməyə inandırmaqda kömək etsin.
Vaşinqtonun bu məsələnin həllində iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Fevral ayında ABŞ prezidenti Donald Tramp demişdi ki, anklavda hərbi əməliyyatlar başa çatdıqdan sonra Vaşinqton Qəzza zolağında nəzarəti ələ keçirməlidir. O bildirib ki, Qəzza sakinləri Misir və İordaniyaya və ya başqa ölkələrə yerləşdirilməlidir. Lakin o zaman ərəb ölkələri bu təklifə qarşı çıxıb.
Həmin vaxt ABŞ səlahiyyətliləri israilli həmkarlarına bildiriblər ki, əgər ölkənin baş naziri Benyamin Netanyahu fələstinliləri Qəzza zolağından çıxarmaq istəyirsə, onları qəbul etməyə hazır olan ölkələr tapmalıdır.
Telegram kanalımız