AZ

Balakəndə 71 yaşlı qadını maşın vurdu

Balakəndə yol nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Moderator.az xəbər verir ki, hadisə rayonun Mahamalar kəndi ərazisində baş verib.

Rayon sakini Oruc Yekəyev sükan arxasında olduğu “Ford” markalı avtomobillə geriyə hərəkət etdirən zaman 71 yaşlı Pitimat Eminova adlı qadını vurub.

Nəticədə avtomobil vurduğu qadın hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
56
3
moderator.az

4Mənbələr