AZ

Rusiya Almaniya ilə bu sazişdən çıxdı

Rusiya Almaniya hökuməti ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin qərar imzalayıb.

Qeyd olunur ki, müqavilə 1996-cı ildə imzalanıb. Sonra Moskva və Berlin razılaşıblar ki, Rusiya və Almaniya müəssisələri, təşkilatları və idarələri arasında hərbi-texniki əməkdaşlığı inkişaf etdirəcəklər.

Daha öncə də Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, hazırkı şəraitdə saziş öz mənasını və praktiki əhəmiyyətini itirib.

Seçilən
55
2
bakivaxti.az

3Mənbələr