Braziliya Federal Ali Məhkəməsinin hakimi keçmiş prezident Jair Bolsonaroya elektron qolbaq taxmağı, onun hərəkətini və ünsiyyətini məhdudlaşdırmağı əmr edib.
Yenisabah.az AP-yə istinadla xəbər verir ki, siyasətçinin evində və partiyasının qərargahında axtarış aparılıb.
Məhkəmə Bolsonaroya gecə saatlarında evindən çıxmağı, xarici səfirlər və diplomatlarla əlaqə saxlamağı və ümumiyyətlə diplomatik missiyalara yaxınlaşmağı qadağan edib. O, həmçinin sosial mediadan istifadə etmək və digər müttəhimlərlə, o cümlədən hazırda ABŞ-də yaşayan oğlu Eduardo ilə əlaqə saxlamağa çalışmaq qadağan edilib. pizza hut
Braziliyanın keçmiş prezidenti 2022-ci il seçkilərindən sonra solçu siyasətçi Luiz İnasio Lula da Silvaya uduzduğu zaman dövlət çevrilişinə cəhdə görə mühakimə olunur. Bolsonaro daha 7 nəfərlə birlikdə çevriliş cəhdinin təşkilində şübhəli bilinir. Onları 40 ilə qədər həbs cəzası gözləyə bilər.
Telegram kanalımız