"Zirə" futbol klubunun 16 yaşadək futbolçulardan ibarət komandasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə dünyasını dəyişib.
RTV-nin məlumatına görə, gənc futbolçu ötən gün dənizdə batıb. 2009-cu il təvəllüdlü Fəridin nəşi bu gün - iyulun 18-də torpağa tapşırılıb.
Hadisə Şüvəlan çimərliyində baş verib. Dostları ilə çimərkən batmaq təhlükəsi ilə üzləşən gənclərdən üçünü xilas etmək mümkün olsa da, xilasedicilər Fəridi dalğaların əlindən qurtara bilməyiblər.
Ətraflı RTV-nin sujetində: