AZ

Aİ Çexiyaya Rusiyadan neft idxalına verilmiş icazəni ləğv etmək qərarına gəlib

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Çexiyaya Rusiyadan neft idxalına verilmişicazəni ləğv etmək qərarına gəlib. Bu barədə Aİ Şurasının Rusiyayaqarşı qəbul etdiyi 18-ci sanksiyalar paketi ilə bağlı açıqlamadabildirilir.

Trend xəbərverir ki, neft Praqaya “Drujba” boru kəməri ilə çatdırılırdı.

“Şura Çexiyanın Rusiyadan neft idxalına verilmiş icazəni ləğvetmək qərarına gəlib”, – deyə sənəddə qeyd olunub.

Yanvarın 15-də Çexiyanın Baş naziri Petr Fiala Rusiya neftindəntamamilə imtina etməyə hazır olduqlarını bildirmişdi. Əvvəllərrespublika bu resursun 2024-cü ilə qədər tədarükünə dair Aİsanksiyalarından istisna hüququ əldə etmişdi. Çexiyanın dövlət borukəməri şirkətinin direktor müavini Zdenek Dundr vurğulamışdı ki,“istisna yalnız TAL neft kəmərinin ötürmə gücü artırılanadəkqüvvədə qalacaq”.

2024-cü ildə Çexiyanın Rusiyanın “Drujba” kəməri ilə aldığıneftin payı 42 faiz təşkil edib.

“Drujba” boru kəməri 60 ildən də çox əvvəl - 1964-cü ilinoktyabrında fəaliyyətə başlayıb. Onun inşası ilə bağlı qərar1958-ci ilin dekabrında Praqada İqtisadi Qarşılıqlı ƏməkdaşlıqŞurasına üzv ölkələrin sessiyasında qəbul olunmuşdu.

İyulun 18-də Aİ Şurası Rusiyaya qarşı 18-ci sanksiyalar paketinitəsdiqləyib. Bu sanksiyalar 22 Rusiya bankı, Rusiya Birbaşaİnvestisiya Fondu (RBİF) və onun törəmə şirkətləri ilə bütünəməliyyatları qadağan edir. Bundan əlavə, onlar həmçinin “Şimalaxını” və digər sualtı boru kəmərlərindən bilavasitə və dolayıistifadəni də məhdudlaşdırır.

Seçilən
49
50
az.trend.az

10Mənbələr