AZ

Gəncədə avtomobil 48 yaşlı qadını vurdu

Gəncədə 48 yaşlı qadını avtomobil vurub.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Şəmkir rayon sakini 1977-ci il təvəllüdlü C.Məmişovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
4
konkret.az

10Mənbələr