"Napoli" yeni transfer gerçəkləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Neapol təmsilçisi "Udineze"dən Lorenzo Lukanı icarəyə götürüb. Lakin onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb
Qeyd edək ki, 24 yaşlı hücumçu İtaliya A Seriyasının 2024/2025 mövsümündə 33 oyun keçirib, 12 qol vurub və bir məhsuldar ötürmə edib.