AZ

580-dən çox hotel otağını bron edən şəxs saxlanıldı - 17 milyonluq cinayət 

Saxta adlarla 580-dən çox otağı rezerv edərək hotellərə təxminən 17 milyon yenlik (114 min dollar) zərər vuran şəxs saxlanılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə 16-19 dekabr 2024-cü il tarixləri arasında Yaponiyada olub.

“Japan Today”in məlumatına görə, 28 yaşlı Yaponiya vətəndaşı Junki Sanuki müxtəlif e-poçt ünvanları və saxta adlardan istifadə edərək Tokioda bir hoteldə 258 nömrə bron edib.

O, “aldatma yolu ilə gedişata mane olmaq” ittihamı ilə saxlanılıb. Səlahiyyətlilər  Sanukinin cib telefonu və digər cihazlardan istifadə edərək 580-dən çox otaq üçün saxta rezervasiyalar etdiyini aşkarlayıblar.

Sanukinin 2024-cü ilin noyabrında qaldığı hotelin rəhbərliyi ilə problemlər yaşadığı iddia edilir. O isə ittihamları rədd edib. “Niyə saxlandığımı anlamıram", - müttəhim deyib.

Billurə Yunus

phrase_var_article.chosen
54
46
olke.az

10phrase_var_article.sources