AZ

BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib - FOTOLAR

Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib.

QHT.az xəbər verir ki, BDU rektoru Elçin Babayev “Zəfər tarixi” lektoriyasında şəhid övladları ilə görüşüb. Rektor Elçin Babayev BDU-nun Azərbaycan elmi, təhsili, ictimai-siyasi həyatında oynadığı mühüm rolu barədə məlumat verib, Universitetin ən böyük məzununun Ümummilli Lider Heydər Əliyev olduğunu bildirib. O, Universitetin əsas missiyasının milli-mənəvi dəyərlərə, dövlətçiliyə bağlı vətəndaş və yüksəkixtisaslı mütəxəssis yetişdirmək olduğunu xatırladıb.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova BDU-nun ölkəmizdə ali təhsilin flaqmanı olduğunu, burada tələbələr üçün keyfiyyətli təhsil və tədqiqat mühiti yaradıldığını, son illər Universitetin beynəlxalq reytinqlərdə sürətlə irəlilədiyini bildirib. O, tədbirin əsas məqsədinin şəhid övladları olan abituriyentlərin ixtisas seçiminə dəstək vermək, onlarla maraqlı və motivasiya dolu bir gün keçirmək olduğunu vurğulayıb.

Sonra şəhid övladları Universitetin Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyasını ziyarət ediblər. Onlar Ümummilli Liderin zəngin həyat yolu və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponat və məlumatlarla tanış olublar. Qonaqlar BDU-nun Faydalı qazıntılar muzeyi, Təkamül muzeyinə baxış keçiriblər. Sonda şəhid övladlarına Universitetin ekoloji yönümlü layihələri, burada yaradılmış yaşıl zonalarla bağlı məlumat verilib. Onlar BDU-nun “Eko Məkanı”ı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, tədris binaları, kampusu ilə tanış olublar.

Seçilən
28
7
qht.az

9Mənbələr