“Real”dan ayrılan Lukas Vaskes karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, oyunçu menecerlər vasitəsilə “Yuventus”a təklif olunub. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Turin klubu Vaskeslə bağlı qərarını verməyib. O, klub üçün prioritet transfer deyil.
34 yaşlı cinah oyunçusu “Real”da 10 mövsümə 402 oyuna çıxıb, 23 titul qazanıb.