AZ

Qondarma ordunun qara cinayəti – Ermənistanda 27 ildən sonra nazir müavininin qətlinin üstü açıldı

Ermənistan müdafiə nazirinin keçmiş müavini Vahram Xorxoruninin qətlinin üstü açılıb.

​Milli.Az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 1998-ci il dekabrın 10-da keçmiş müdafiə nazirinin müavini Vahram Xorxoruninin qətlinin üstü açıldığını bildirib.

Dekabrın 10-da, 1998-ci ildə, Ermənistan hərbi rəhbərliyində mühüm fiqurlardan biri hesab edilən Vaqram Xorxoruni planlı şəkildə öldürülüb. Hadisə üzrə istintaq müəyyən edib ki, bu qətlin təşkilatçısı və icraçısı S.A. adlı şəxs olub. 

İstintaqın məlumatına görə, S.A cinayət ortaqlarına müvafiq olaraq 10 min dollar və 15 min dollar mükafat təklif edib. O, "Makarov" tapançası alıb, ona evdə hazırlanmış səsboğucu quraşdırıb və atəş səslərini boğmaq üçün patronları zəiflədib.

1998-ci il dekabrın 9-da qrup üzvləri İrəvana gəliblər. Dekabrın 10-na keçən gecə Vahram Xorxorunini evinin girişində gözləyərkən S.A. və A.A. beş atəş açıb, onlardan üçü onun üzünə, ikisi sinəsinə və kürəyinə dəyib. Zərərçəkmiş yerindəcə keçinib. Cinayətkarlar qaçıblar.

Toplanmış sübutlar əsasında S.A.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 2-ci hissəsinin 10-cu bəndi (tamah məqsədi ilə adam öldürmə) və 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz silah alveri) ilə cinayət işi başlanıb. O, saxlanılıb.

İstintaq Komitəsi sədrinin tələbi ilə əvvəllər ictimaiyyətin diqqətini cəlb edən digər qətl hadisələri də araşdırılır.

İstintaqın gedişi ilə bağlı əlavə məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
25
50
milli.az

10Mənbələr