AZ

Sığorta bu ziyanı qarşılayır?

Yayda havanın həddindən artıq isti keçməsi avtomobillərdə bəzi texniki nasazlıqların artmasına səbəb olur. Bu isə yanğın riskini ciddi şəkildə yüksəldir. Belə hallarda avtomobilin sığortası ziyanı necə qarşılayır? Sığorta eksperti Nicat Əlibəyli Metbuat.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ avtomobilin hansı növ sığorta ilə təmin olunmasıdır: “Əgər nəqliyyat vasitəsi kasko sığortası ilə əhatə olunubsa və sığorta müqaviləsində “yanğın” və “təbii fəlakətlər” kimi risklər açıq şəkildə göstərilibsə, avtomobilin yüksək temperatur nəticəsində yanması halında sığorta şirkəti zərəri kompensasiya etməlidir. Əks halda, yəni yalnız icbari sığorta olduğu təqdirdə, bu cür hallarda avtomobil sahibinin maddi zərəri qarşılanmır. Çünki icbari sığorta yalnız üçüncü şəxslərə dəymiş zərərləri əhatə edir və avtomobilin özünə dəyən yanğın kimi zərərləri əhatə etmir”. Ekspert qeyd edib ki, zərərin əvəzinin ödənilməsi üçün sürücünün hadisə ilə bağlıpolisə məlumat verməsi, ekspertiza sənədləri toplaması və sığorta şirkətinə rəsmi müraciət etməsi tələb olunur: “Sürücülər könüllü növ sığorta alarkən mütləq geniş əhatəli kasko sığortasına üstünlük verməlidirlər. Bu, təkcə yol-nəqliyyat hadisələri deyil, həm də yüksək temperatur, dolu, daşqın və yanğın kimi gözlənilməz hallarda maliyyə itkilərindən qorunmağa imkan verir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
2
metbuat.az

1Mənbələr