2025-26 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "İmişli" klubunun oyunlarını hansı stadionda keçirəcəyi hələ də müəmmalıdır.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi matçlarını Quba Olimpiya İdman Kompleksində keçirmək istəyir. Klub bu stadionun standartlara cavab verib-verməməsinin yoxlanılması üçün PFL-yə müraciət edib.
Bunu APL-nin yeni mövsümünün püşkatma mərasimindən sonra Elgiz Abbasov söyləyib.